AQTA bazarlarda yoxlama-nəzarət tədbirlərini davam etdirir
8-08-2024, 11:57
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov ev 121 ünvanında yerləşən, fiziki şəxs Kazımov Mətləb Ağalar oğluna məxsus “Hövsan” bazarında qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə, həmçinin sanitar-texniki, sanitar-gigiyenik normalara riayət olunmasının yoxlanılması məqsədi ilə nəzarət tədbiri həyata keçirilib.Foodinfo.az xəbər verir ki, monitorinq zamanı bir sıra nöqsanlar aşkar olunub. Belə ki, bazarda ət məhsullarının açıq havada satışının həyata keçirildiyi, toyuq əti satışı üçün soyuducu vitrinlərin, süd və süd məhsullarının satışı sahələrində isə saxlanc və satış üçün soyuducuların təşkil olunmadığı müəyyən edilib. Həmçinin meyvə və tərəvəz məhsullarının birbaşa döşəmə üzərində yığılaraq satıldığı, satış vitrinlərinin texniki işlək vəziyyətə gətirilmədiyi aşkarlanıb. Bundan başqa, müəyyən olunub ki, bazar daxilində abadlaşdırma işləri aparılmayıb, işçilər sanitar geyimlərlə təmin edilməyib, piştaxtalar asan yuyulub təmizlənə bilən materialdan təşkil olunmayıb.Agentliyin Bakı regional bölməsinin əməkdaşları tərəfindən nöqsanların aradan qaldırılması məqsədi ilə icrası məcburi göstərişlər verilib, maarifləndirici işlər həyata keçirilib.Qeyd edək ki, hazırda Agentlik tərəfindən müvafiq nəzarət tədbirləri davam etdirilməkdədir.