Kiyevin Kursk uğuru: yaxın iki ayda... - Politoloq

9-08-2024, 13:08           
Kiyevin Kursk uğuru: yaxın iki ayda... - Politoloq
Həm Rusiya, həm də Ukrayna ABŞ-da keçiriləcək seçkilərin nəticələrinə uyğun olaraq baş tutacaq sülh danışıqları üçün əllərini gücləndirməyə çalışır. Bu güclənmə isə həm diplomatik, həm də hərbi səviyyədə özünü göstərir.

Bu sözləri Axar.az-a politoloq Fərhad Məmmədov Ukraynanın Rusiyanın Kursk vilayətinə hücumu haqda danışarkən deyib.

O bildirib ki, diplomatik səviyyədə Rusiya da, Ukrayna da öz sülh planlarını təklif edir, dünyada tərəfdaş toplayırlar:

“Eyni zamanda eskalasiyalar ciddi şəkildə inkişaf edir. Çünki hamı anlayır ki, payız aylarından başlayaraq, fəal hərbi əməliyyatların keçirilməsi çətinləşəcək. Bu baxımdan danışıqlar üçün mövqelər gücləndirilməlidirlər.

Ukrayna ordusunun Kursk vilayətinə daxil olması da bu müstəvidə maraqlı məqamdır. Çünki bu, birbaşa olaraq Rusiya Federasiyasının ərazisinə daxil olmaq, orada möhkəmlənmək, Kursk AES-ə yaxınlaşmaq anlamına gəlir. Nəzərə almaq lazımdır ki, Rusiya Zaporojya AES-i işğal edib. Hazırda Rusiyanın nəzarəti altındadır. Yəni görünən odur ki, hər iki tərəf cəbhədə mövqelərini gücləndirərək, ABŞ-dakı prezident seçkilərinin nəticələrindən sonrakı danışıqlara özünü hazırlayır. Ona görə də yaxın iki ay ərzində Ukrayna cəbhəsində biz çox böyük fəallaşma müşahidə edəcəyik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.