Keşikçidağda 3 min il yaşı olan kurqan aşkarlandı

13-08-2024, 08:58           
Keşikçidağda 3 min il yaşı olan kurqan aşkarlandı
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində arxeoloji qazıntıların birinci mərhələsi uğurla yekunlaşıb.

Kult.az xəbər verir ki, tədqiqatlarda əsas məqsəd ərazidə qeydiyyata alınmış çoxsaylı kurqanların elmi dövriyyəyə cəlb olunması, onların elmi potensialının müəyyənləşdirilməsi, Keşikçidağın mədəni irsinin tədqiqi və təbliği ilə əlaqədardır.
Qoruq ərazisində iki istiqamətdə kurqanlarda qazıntılar aparılıb. Onlardan birincisi Ağstafa rayonunun Ağgöl kəndindən 600 m şimal-şərq istiqamətində qeydə alınmış kurqanlardır. Bu maraqlı cəhəti ondan ibarətdir ki, kurqanın üst örtüyü kiçik çay daşlarından kromlex şəklində əhatə olunub.

İkinci istiqamət isə Sarısoy kurqanlarıdır. Sarısoy istiqamətində aparılmış arxeoloji qazıntı işləri başa çatdırılıb və maraqlı tapıntılar əldə olunub.

Kurqanlar özündə Xocalı-Gədəbəy mədəniyyətinin izlərini yaşadır və bu mədəniyyəti öyrənmək üçün mühüm əhəmiyyət kəsb edən dəfn adətləri mövcuddur.

Ərazidə elmi tədqiqat və arxeoloji qazıntı işləri yenə də davam etdiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.