Qarpız böyrəkləri təmizləyirmi? – Nefroloqdan cavab

14-08-2024, 10:34           
Qarpız böyrəkləri təmizləyirmi? –
“Qarpız yeyin. böyrəkləniz daşdan, qumdan təmizlənsin” fikri tibbi baxımdan doğrudurmu?Həqiqətən də təkcə qarpızla böyrəklərə dəstək verə bilərik?

“Medicina” xəbər verir ki, nefroloq-həkim Olqa Azarenko qarpızın böyrəklərə faydası və zərərindən danışıb:

“Ümumiyyətlə, hər hansı bir orqanı təmizləmək tibbi baxımdan düzgün fikir deyil. Çünki böyrəklər özləri özünü təmizləyən orqandır.

Böyrəklər qanı, orqanizmi son maddələrdən, tullantılardan, toksik birləşmələrdən, dərman qallıqlarından təmizləyir.

Tibbi baxımdan qarpız, yemiş, xiyar maye yükünü artırır və böyrəklərin işini çoxaldır. Lakin bu heç də onların təmizlənməsi demək deyil.

Bəzi nefroloji problemlərdə, xəstəlijklərdə, xroniki böyrək yetməzliyində əksinə maye çoxluğu, qarpız zərər verə bilər. Əgər böyrəklərə dəstəkdən danışsaq, onlar üçün qarpızla adi suyun heç bir fərqi yoxdur. Yəni qarpızda xüsusi faydalı bir tərkib yoxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru