Elektrikli nəqliyyat vasitələri Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı

28-08-2024, 12:58           
Elektrikli nəqliyyat vasitələri Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
Bu ilin ilk yarısında Azərbaycana xarici ölkələrdən 1 505 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib.

Yeniavaz.com açıqlanan sonuncu rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan elektrikli nəqliyyat vasitələrinin 80,6%-i və ya 1 213 ədədi Çindən gətirilib.

Çindən gətirilən bir ədəd elektrikli nəqliyyat vasitəsinin orta gömrük dəyəri 38 min 530 dollar (65 min 500 manat) olub.

İdxal olunan elektrikli nəqliyyat vasitələri Azərbaycana aşağıdakı ölkələrdən gətirilib:
- Çin – 1 213 ədəd (orta qiyməti 38,5 min dollar)
- ABŞ – 131 ədəd (31,8 min dollar)
- Almaniya – 98 ədəd (77,4 min dollar)
- Türkiyə – 16 ədəd (704 dollar)
- Belçika – 15 ədəd (70 min dollar)
- Koreya – 9 ədəd (26,8 min dollar)
- Yaponiya – 6 ədəd (9,3 min dollar)
- Böyük Britaniya – 6 ədəd (336 min dollar)
- İtaliya – 3 ədəd (41 min dollar)
- Meksika – 2 ədəd (22,6 min dollar)
- Fransa – 2 ədəd (22,6 min dollar)
- Cənubi Afrika respublikası – 2 ədəd (63,3 min dollar)
- İsveç – 1 ədəd (7 min dollar)
- İspaniya – 1 ədəd (5 min dollar).












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.