Xərçəngin diaqnostikasında bahalı analizlərə son

11-09-2024, 18:08           
Xərçəngin diaqnostikasında bahalı analizlərə son
Süni intellekt xərçəng toxumalarının şəklini çəkməyi öyrənib. Bu, xəstəliyin diaqnostikası üçün çox vacib bir ixtiradır. Yeni alət xərçəngin analizini təkmilləşdirir və xərcləri azaldır.

Ferra.ru-nun verdiyi məlumata görə, bu barədə elm adamlarının "Nature Machine Intelligence" jurnalında dərc olunan tədqiqat materialında xəbər verilib.

Bildirilir ki, "VirtualMultiplexer" adlı model xərçəngin diaqnostikasını əhəmiyyətli dərəcədə təkmilləşdirə bilər.

Yeni modelin bahalı laboratoriya analizlərindən yayınmağa kömək edəcəyi vurğulanıb.

"Yoxlamalar virtual şəkillərin dəqiq və klinik cəhətdən faydalı olduğunu təsdiqləyir. Bu texnologiya fərziyyələri formalaşdırmağa və eksperimentləri planlaşdırmağa kömək edərək, xərçəng tədqiqatlarını və diaqnostikasını yaxşılaşdırmaq potensialına malikdir" , - deyə alimlər vurğulayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru