Cop29 vaxtı quru sərhədlər açılacaqmı? – AÇIQLAMA

16-09-2024, 18:08           
Cop29 vaxtı quru sərhədlər açılacaqmı? – AÇIQLAMA
COP29 ərəfəsində quru sərhədlərin açıla biləcəyi ilə bağlı yayılan informasiyaların həqiqəti nə dərəcədə əks etdirdiyini araşdırdıq.

Tribunainfo.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirdi ki, sərhədlərin bağlanmasının səbəbi Cop29 deyil.

Onun sözlərinə görə, “beynəlxalq təşkilatlarla bağlı məsələ də deyil ki, Cop29 zamanı açılsın. Cop29-da ölkəyə gələcək turistlər, qonaqlar biznes elitasıdır, hökumət üzvləridir. Yəni yüksək ranklı şəxslər olacaq. Onlar da təyyarələrlə gələcəklər. Ümumiyyətlə quru sərhədləri açıq olsaydı da onlar quru sərhədlə gələsi deyildilər. Ona görə də düşünmürəm ki, Cop29-la quru sərhədlərin açılıb bağlanmasının hər hansı bir səbəb-nəticə əlaqəsi var”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.