Hansı universitetlərdə vahid tələbə kartı tətbiq ediləcək? - SİYAHI

9-10-2024, 10:14           
Hansı universitetlərdə vahid tələbə kartı tətbiq ediləcək? - SİYAHI
Oktyabrın 15-dən etibarən universitetlərdə vahid tələbə kartı tətbiq ediləcək.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsilin İnkişafı Fondundan məlumat verilib.

Qeyd edilib ki, kart 11 universitetdə tələbələrə təqdim ediləcək.

"Vahid tələbə kartı oktyabrın 15-dən etibarən Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Türkiyə-Azərbaycan Universiteti, Fransa-Azərbaycan Universiteti (UFAZ), Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti tələbələrinə veriləcək”,- deyə fonddan bildirilib.

Qeyd edək ki, iyunun 27-də Davamlı İnkişaf Mərkəzində Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə "VISA” beynəlxalq ödəmə texnologiyaları şirkəti tərəfindən ali təhsil müəssisələrinin rəhbər heyəti üçün universitetlərdə vahid tələbə kartının yaradılması layihəsinin təqdimatı keçirilib.

Yeni yaradılan tələbə kartlarının təhsilalanların dərsdənkənar fəaliyyətləri zamanı faydalana biləcəyi xüsusi imtiyazlara sahib olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru