Dünyanın ən yaxşı ordularına malik ölkələr açıqlandı: Siyahıda Azərbaycan da var

28-10-2024, 16:35           
Dünyanın ən yaxşı ordularına malik ölkələr açıqlandı: Siyahıda Azərbaycan da var
Dünyanın ən yaxşı ordularına malik olan ölkələrin adları açıqlanıb.
Siyahını ABŞ-nin "U.S News and World Report" portalı tərtib edib.

Ən güclü silahlı qüvvələrinin reytinqinə Rusiya ordusu başçılıq edir.

İkinci yeri ABŞ, üçüncü yeri isə İsrail ordusu tutur. Dördüncü və beşinci yerlərdə müvafiq olaraq Çin və Cənubi Koreyadır. Sonra İran, İngiltərə, Ukrayna, Almaniya və Türkiyə orduları gəlir. Azərbaycan siyahıda 29-cu yerdədir.

Qeyd edək ki, dünya ordularının qiymətləndirilməsi "US News"un versiyasına görə, ən yaxşı ölkələrin reytinqinin bir hissəsidir. Bu siyahıda ilk üçlükdə İsveçrə, Yaponiya və ABŞ qərarlaşıb.

Ən yaxşı ölkələrin reytinqi qlobal sorğuya əsaslanır. Sorğuda dünyanın hər yerindən demək olar ki, 17 min insan iştirak edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru