Bakıda iki nəfərin faciəvi ölümü: qatarın işığı yanmayıb…. – VİDEO

31-10-2024, 10:50           
Bakıda iki nəfərin faciəvi ölümü: qatarın işığı yanmayıb…. – VİDEO
Xəbər verdiyimiz kimi, oktyabrın 29-u 22:00 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus elektrovoz Qobustan-Səngəçal istiqamətində hərəkətdə olan zaman iki nəfəri vurub.

Hadisə nəticəsində 1995-ci il təvəllüdlü Elməddin Fərzəliyev və 2007-ci il təvəllüdlü Səbuhi Zərbəliyev qatarın altında qalıblar. Hər iki şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.

Sakinlər qəza ilə bağlı bir sıra iddialar səsləndirib.

“Elektrovozun işığı yanmırdı, yansaydı, görüb saxlayardı”, – deyə Elməddin Fərzəliyevin əmisi bildirib.

Vətəndaşların iddiaları ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən qeyd edilib ki, səsləndirilən fikirlər həqiqəti əks etdirmir.
Daha ətraflı Baku TV-nin süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru