Gözündən vurulan mühafizəçi gülləni özü çıxarıb təcili yardıma getdi - FOTO

1-05-2025, 11:34           
Gözündən vurulan mühafizəçi gülləni özü çıxarıb təcili yardıma getdi - FOTO
Mühafizəçi iş yerində gözündən güllələnib. Avtosfer.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Rusiyanın Qatçina şəhərində baş verib.

Məlumata görə, təmir xidmətlərinin birində çalışan 69 yaşlı mühafizəçi xidməti ərazidə dövrə vurarkən ona odlu silahdan atəş açılıb. Gözündən güllə yarası alan zərərçəkmiş gülləni özü çıxararaq təcili yardıma gedib və vəziyyəti orta-ağır olaraq xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, hücum edənlərin bir neçə yeniyetmə olduğu güman edilir - onlar bir neçə ildir ki, şirkət işçilərinə hədə-qorxu gəlirlər.

Hazırda faktla bağlı araşdırma aparılır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru