Səbəbsiz arıqlamaq, xalın formasının dəyişməsi - Həkim qorxulu simptomlardan DANIŞDI

6-12-2024, 18:24           
Səbəbsiz arıqlamaq, xalın formasının dəyişməsi - Həkim qorxulu simptomlardan DANIŞDI
Sağlamlıqla bağlı ciddi problemləri göstərə bilən və dərhal həkimə müraciət edilməsini tələb edən üç narahatedici simptom var. Bu əlamətlərin nəzərə alınmaması təhlükəli nəticələrə səbəb ola bilər.

"Daily Mirror" nəşrinin verdiyi məlumata görə, bu barədə tanınmış britaniyalı cərrah Karan Rac xəbərdarlıq edib.

Həkimin qeyd etdiyi ilk təhlükəli simptom qidalanma və ya fiziki aktivlikdəki dəyişikliklərlə bağlı olmayan çəki itkisi ilə bağlıdır. Racın sözlərinə görə, bu simptom güclü stres, depressiya və bəzi psixi pozğunluqlarla yanaşı, ikinci tip diabet, qalxanabənzər vəzin hiperfunksiyası və ürək çatışmazlığı zamanı da baş verə bilər.

"Bəzi hallarda bu simptom mədə, bağırsaq və ya mədəaltı vəzi xərçənginə işarə edir", - deyə mütəxəssis əlavə edib.

İkinci simptom isə bədəndəki xalın forması dəyişdikdə və ya ölçüsü böyüdükdə yaranır. Həkim müayinədən keçməyi tövsiyə edib, çünki adətən zərərsiz olan xalların bəziləri bədxassəli şişlərə çevrilə bilər.

Nəhayət, Rac həkimə müraciət etməyi tələb edən üçüncü simptom kimi defekasiyada hər hansı dəyişikliyi göstərib. O, bu dəyişikliklərin bağırsaqda mümkün iltihabdan, poliplərin və digər xoş, ya bədxassəli törəmələrin yaranmasından xəbər verə biləcəyini vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.