Dövriyyələri 1 milyard manatı keçən 6 şirkət - SİYAHI

6-12-2024, 17:18           
Dövriyyələri 1 milyard manatı keçən 6 şirkət - SİYAHI
Bakı Fond Birjası bu ilin yanvar-noyabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən invesitisiya şirkətlərinin əməliyyatlarının cəmi dövriyyələrinin həcmini açıqlayıb.

"FED.az" BFB-yə istinadən xəbər verir ki, birja dövriyyəsi ən yüksək olan şirkət "ABB İnvest İnvestisiya Şirkəti"idir.

Məlumata görə investisiya şirkətinin dövriyəsi 52,6 milyard manata yaxınlaşıb.

"Paşa Kapital İnvestisiya Şirkəti"nin dövriyyəsi 23,3 milyard manata çatıb.

İl ərzində "Assist Finance İnvestisiya Şirkəti"nin 5,7 milyard manatı keçib.

"Unicapital İnvestisiya Şirkəti"nin 3,3 milyard manata yaxınlaşıb.

"CPM-İnvest İnvestisiya Şirkəti"nin birja dövriyyəsi 3 milyard manata

""İnvest.Az İnvestisiya Şirkəti"nin dövriyyəsi isə 1,1 milyard manatı ötüb.

Ən az dövriyyə malik olan şirkət isə 5,1 milyon manatla Troni İnvestisiya Şirkəti olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru