Alimlər Afrikada naməlum xəstəliyin sirrini açdılar

Dünən, 17:34           
Alimlər Afrikada naməlum xəstəliyin sirrini açdılar
Demokratik Kongo Respublikasının (DKR) qərbində əvvəllər məlum olmayan xəstəliyi araşdıran alimlər şokedici nəticəyə gəliblər. Məlum olub ki, sirli xəstəlik bir neçə patogen tərəfindən törədilib: AH1N1 qrip virusu, SARS-CoV-2 koronavirus və malyariya.

Bu barədə "Actualite" xəbər yayıb.

Bildirilir ki, bir hüceyrənin bir neçə patogenlə eyni vaxtda yoluxması koinfeksiya adlanır və ciddi təhlükə yaradır.

Xəstəliyin kəskin yayılması oktyabrda Kvango əyalətində başlayıb. Xəstələr yüksək hərarət, güclü baş ağrıları və ümumi zəiflikdən əziyyət çəkiblər. Rəsmi məlumatlara görə, 593 nəfər yoluxub, 143 ölüm qeydə alınıb.

Əvvəlcə beynəlxalq alimlər qrupu bunun malyariyanın ağır forması olduğunu güman edib. Lakin sonrakı araşdırmalar daha mürəkkəb mənzərə ortaya qoyub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.