Ağıllı saatların qayışlarında "əbədi kimyəvi maddələr" aşkar edildi

6-01-2025, 17:34           
Ağıllı saatların qayışlarında "əbədi kimyəvi maddələr" aşkar edildi
Bu cür cihazların insan sağlamlığı üçün hansı təhlükələr daşıdığı barədə materialımızda oxuyun.
Ağıllı saatların və fitnes qolbaqların qayışlarında sağlamlıq üçün təhlükəli kimyəvi maddələrin olması mümkündür. Bu barədə araşdırma "Environmental Science & Technology Letters" jurnalında dərc olunub.
ABŞ-ın Merilend ştatının Notr-Dam Universitetinini fiziki Qrem F.Pizlinin sözlərinə görə, tədqiqatçılar tərkibində poliftoralkil birləşmələri (PFAS, sintetik flüor birləşmələr qrupu) olan ağıllı saatların qayışlarının nə qədər geniş yayıldığını dərk etməyiblər. Bu maddələr qacetlər üçün aksessuarlar hazırlamaq məqsədi ilə istifadə edilən floroelastomer də (flüor kauçuku - tərkibində flüor atomları olan sintetik kauçuk) aşkar edilə bilər.
Məlum olub ki, floroelastomerlərdə "əbədi kimyəvi maddə" adlanan perftorheksan turşusu (PFHxA) ola bilər. Bu element bioloji cəhətdən parçalanmır, su və işığa məruz qaldıqdan sonra məhv olmağa davamlıdır. Sınaqdan keçirilmiş 22 ağıllı saat və fitnes qolbaqların qayışlarının əksəriyyətində PFHxA tapılıb.
Materialda poliftoralkil maddələrinin (PFAS) xərçəng, yüksək qan təzyiqi və sonsuzluqla əlaqəli olduğu deyilir. Lakin onlar yanmayan qablar, çətirlər, kosmetika, mebel, təmizlik vasitələr, suya davamlı parçalar istehsalında da geniş istifadə olunur.
Müəlliflər qeyd ediblər ki, istifadəçilər taxıla bilən cihazların qayışlarının hazırlandığı təhlükəli materiallarla dəri ilə təmas zamanı yaranan riskləri qiymətləndirmirlər. Bununla belə, alimlər istehlakçılara çıxış yolunun olduğunu da qedy ediblər: bir qayda olaraq, istənilən ağıllı saatın qayışı neytral materiallardan hazırlanmış qayışla dəyişdirilə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.