İnsanların əksəriyyəti çiçək xəstəliyi qarşısında acizdir

6-01-2025, 15:38           
İnsanların əksəriyyəti çiçək xəstəliyi qarşısında acizdir
Dünya üzrə insanların əksəriyyətində çiçək xəstəliyinə qarşı immunitet yoxdur.

TASS xəbər verir ki, bunu epidemioloq, Rusiya Təhsil Akademiyasının vitse-prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko bildirib.

"Planetdəki insanların əksəriyyətində çiçək xəstəliyinə qarşı immunitet yoxdur, çünki biz yalnız 1980-ci ilədək hamını peyvənd etmişik. Təkcə Rusiyada deyil, bütün dünyadakı 1981-ci ildən sonra anadan olan insanların həmin virusa qarşı immunitetləri yoxdur", - deyə o qeyd edib.

Həkim qeyd edib ki, çiçək xəstəliyi bütövlükdə məğlub edilsə də, onun virusu tədqiqat üçün hələ də iki laboratoriyada - Rusiya və ABŞ-də saxlanılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru