Yanacağa qənaət etməyin 10 sadə yolu

Dünən, 12:34           
Yanacağa qənaət etməyin 10 sadə yolu
Yanacağa qənaət etmək üçün insanlar yalnız bəzi vərdişlərini dəyişdirməlidirlər.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Rossiyskaya qazeta"ya "Rolf" şirkətinin xidmət direktoru Yuliya Truşkova bildirib.

"Əsəbi sürücülük tərzi, kəskin sürətlənmə və əyləcləmə yanacaq sərfiyyatını əhəmiyyətli dərəcədə artırır. Avtomobili yavaş-yavaş sürətləndirin və sabit sürəti qoruyun. Yolda kruiz-kontrolun istifadəsi də yanacağa qənaət edə bilər",- deyə ekspert məsləhət görüb.

O həmçinin qeyd edib ki, təkər təzyiqinə nəzarət etmək vacibdir. Çünki kifayət qədər şişirilməmiş təkərlər hərəkət müqavimətini artırır və yanacaq sərfiyyatını yüksəldir. Yanacağa qənaət etməyin üçüncü üsulu avtomobilin ağırlığını azaltmaq və bununla da motora düşən yükü yüngülləşdirməkdir.

Bundan əlavə, mütəxəssis marşrutu əvvəlcədən planlaşdırmağı, tıxaclardan qaçmağı və mühərriki həddindən artıq uzun müddət isitməməyi tövsiyə edib. Həmçinin kondisioneri yalnız ehtiyac olduqda istifadə etmək məsləhət görülür.

Yeddinci üsul isə avtomobilin texniki vəziyyətini yaxşı vəziyyətdə saxlamaqdır. Sonda Truşkova sürət həddini aşmamağı, keyfiyyətli yanacaq doldurmağı və işıqforlarda neytral ötürməni istifadə etməyi məsləhət görüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.