ABŞ koronavirusun mənşəyi haqqında öz versiyasını açıqladı

26-01-2025, 12:44           
ABŞ koronavirusun mənşəyi haqqında öz versiyasını açıqladı
ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) COVID-19 pandemiyasının Çinin Uhan şəhərindəki laboratoriyadan virus sızması nəticəsində başladığı versiyasına üstünlük verir.

Bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Əvvəllər bir neçə il ərzində MKİ bildirirdi ki, virusun heyvandan insana təbii yolla, yoxsa laboratoriya insidenti nəticəsində keçdiyini müəyyən etmək üçün kifayət qədər məlumatı yoxdur.

Bildirilir ki, qurumun mövqeyinin dəyişməsi yeni kəşfiyyat məlumatlarının əldə edilməsinə deyil, mövcud məlumatların daha diqqətli öyrənilməsinə əsaslanır. Bu təhlil hələ ABŞ-nin keçmiş Prezidenti Co Baydenin administrasiyası dövründə başlayıb və nəticələr MKİ-nin yeni direktoru Con Retkliffin qərarı ilə açıqlanıb.

O, daha əvvəl dəfələrlə Çini COVID-19-un mənşəyini və virusun yayılma şəraitlərini gizlətdiyinə görə "cəzalandırmağa" və Pekini 2022-ci il Qış Olimpiya Oyunlarını keçirmək hüququndan məhrum etməyə çağırıb.

"The Wall Street Journal" isə öz mənbələrinə istinadla bildirib ki, MKİ yeni koronavirus pandemiyasının ən ehtimal olunan səbəbi kimi laboratoriya sızmasını hesab etsə də, bu nəticə "aşağı əminlik dərəcəsi ilə xarakterizə olunur". Bununla əlaqədar, yeni qiymətləndirməyə baxmayaraq, MKİ pandemiyanın mənşəyini araşdırmağa davam edəcək və etibarlı yeni kəşfiyyat məlumatları, yaxud açıq mənbələrdən əldə edilən məlumatlar ortaya çıxdığı təqdirdə öz nəticələrinə yenidən baxmağa hazırdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru