Sirli yeraltı dağlar: Everesti cırtdan edən nəhəng strukturlar kəşf edilib
Dünən, 10:27
Alimlər Yerin dərinliyində Everestdən 100 dəfə böyük olan iki nəhəng struktur aşkar ediblər. Yer qabığının təqribən 2 min kilometr altında, Afrika və Sakit Okeanın altında yerləşən bu strukturlar ən azı yarım milyard il əvvələ aiddir. Seysmik dalğaların üzə çıxardığı bu sirli dağlar Mars böyüklüyündə Theia adlı planetin qalıqları olma ehtimalı ilə diqqəti cəlb edir. 7NEWS.az