Əvəzçilik üzrə işləyən işçilərin əmək hüququ sahəsində aşağıdakı əmək hüquqları vardır
28-01-2025, 11:03
Əvəzçilik üzrə işləyən işçilərin: əməyinin ödənilməsi, əmək haqqı, əlavə və mükafatlar mövcud əmək şəraiti nəzərə alınmaqla faktik yerinə yetirilən işə görə ödənilir. Əvəzçilik üzrə işləyən işçilərin: tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələrin, artımların verilməsi əsas işçilər üçün Əmək Məcəlləsi ilə müəyyən olunmuş qaydalara uyğun olaraq həyata keçirilir. Vəzifəsindən (peşəsindən), əmək və ya iş şəraiti, əmək müqaviləsinin müddətindən asılı olmayaraq, Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır. İşçi əsas iş yerindən əlavə başqa iş yerində (yerlərində) muzdlu işə aid olan fəaliyyətdən qazanc əldə edərsə, bu zaman müavinət əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün sığortaedənlər tərəfindən hər bir iş yerindəki qazancı əsasında ayrı - ayrılıqda hesablanıb ödənilir. Qalan günlər üçün isə müavinət sığorta olunanın həm əsas, həm əlavə iş yeri (yerləri) üzrə ümumi qazancı əsasında hesablanır və məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Azer Quliyev TEREF