Alimlər yaşamaq üçün potensial super Yer tapıblar

29-01-2025, 15:14           
Alimlər yaşamaq üçün potensial super Yer tapıblar
Yerdən 20 işıq ili uzaqlıqda ekzoplanet kəşf edilib.

Demokrat.az xəbər verir ki, planeti Cenevrə Universitetinin isveçrəli alimləri kəşf ediblər. Yeni HD 20794 d ekzoplaneti dünya ulduzun yaşayış zonasında yerləşir. Bu da həyatı dəstəkləmək üçün şəraitin olması şansından xəbər verir.

Müşahidələr göstərib ki, HD 20794 d planetimizdən 19,7 işıq ili uzaqlıqda yerləşir. Bu da Kainat miqyasında yaxın qonşuluq sayıla bilər.

HD 20794 d Yerdən təxminən altı dəfə böyük olan super Yerdir. Ulduzla planet arasındakı məsafə onun səthində maye suyun mövcud olmasına şərait yaradır. HD 20794 d-də su varsa, planet ulduz ətrafında fırlanan kimi buz vəziyyətindən həyat üçün əlverişli maye vəziyyətə keçəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru