Universitetlər Bakıdan köçürüləcək?

31-01-2025, 12:23           
Universitetlər Bakıdan köçürüləcək?
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nı təsdiq edib.
TEREF “Qafqazinfo”ya istinadla xəbər verir ki, Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında yer alan məsələlərdən biri də təhsil müəssisələri ilə bağlıdır.
Belə ki, Proqramda Bakı şəhərində yerləşən təhsil müəssisələrinin fəaliyyətinin şəhərin nəqliyyat sıxlığına təsirinin qiymətləndirilməsi və müvafiq təkliflərin hazırlanması qeyd olunub.
Əsas icraçı orqan Elm və Təhsil Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Nazirliklərə 2025−2029-cu illərdə təhlillərin aparılması, təkliflərin hazırlanması və aidiyyəti qurumlarla razılaşdırılması tapşırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru