Tramvayların bərpa edilməsini istəyirsiniz? - Sakinlərlə sorğu
Bu gün, 11:28
Baku TV paytaxt sakinləri arasında ictimai nəqliyyatla bağlı sorğu keçirib.
Sakinlər "Hansı ərazidə metro olmasını istəyərsiniz?" sualına cavablarında əsasən Sumqayıt, Xırdalan, Biləcəri və Lökbatanın adını çəkiblər.
Onlar sözügedən yerlərə gediş-gəlişin çox olması səbəbindən bu ərazilərə metro xəttinin çəkilməsinin yollardakı sıxlığı azaldacağını və vətəndaşların mənzil başına rahat çatacaqlarını qeyd ediblər.
"Tramvayların bərpa edilməsini istəyərsinizmi?" - sualına isə sakinlər birmənalı yanaşmayıblar.
Bu nəqliyyat vasitəsini sıxlığı aradan qaldırmayacağı üçün effektiv hesab etməyənlər də olub, bərpasının faydalı olacağını düşünənlər də.