Qərbi Azərbaycan Xronikası: Ermənistanı son beş ildə 40 mindən çox insan tərk edib VİDEO

Bu gün, 10:48           
Qərbi Azərbaycan Xronikası:
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Ermənistanda bölgələr sürətlə boşalır" adlı süjet hazırlanıb.

Oxu.Az xəbər verir ki, verilişdə Ermənistanda son beş ildə 40 mindən çox insanın ölkə ərazisini tərk etməsindən bəhs olunub.

Bildirilib ki, ermənilər Azərbaycanın tarixi bölgəsindən kütləvi şəkildə qaçırlar və bu proses Zəngəzur, Göyçə və digər mahallarda daha sürətlə gedir.

Qeyd olunub ki, Ermənistanda son beş ildə 40 mindən çox insan bu əraziləri tərk edib. Qafan yaxınlığında dalğalanan Azərbaycan bayrağı erməniləri çox narahat edir. Bir neçə ay ərzində Tavuş bölgəsində əhali 3200 nəfər, Göyçə (Geqarkunik) ərazisindən isə 15 min nəfər azalıb.

Süjetdə Ermənistan sakinləri, o cümlədən parlamentin sabiq spikerin, bloqerlərin fikir və etiraflarına da yer verilir. Onların sözlərinə görə, vaxtilə biz bu torpaqları azərbaycanlılardan əlindən almışıq: "Ermənilərin Qafqazda yerləşdirmə planında Zəngəzur həmişə diqqətdə olub. Belə davam edərsə, Gorus tam boşalacaq. Nikol Paşinyan Azərbaycanın Ermənistandakı səfiridir. Biz azərbaycanlılara qul olacağıq. Qarabağ erməniləri qorxaq çaqqallardır. Paşinyanın yanında üç nəfər qalsa, mən dördüncü olacağam. Qarabağ klanını və daşnakları məhv edəcəyik".

Sonda vurğulanıb ki, Qarabağdan köçən ermənilərə qarşı Ermənistanda kütləvi narazılıq başlayıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.