Bibər pastası necə hazırlanır?
Bu gün, 15:08
![Bibər pastası necə hazırlanır?](/uploads/posts/2025-02/1739079529_1.jpg)
Bibər pastası bir çox yeməyə xüsusi dad və rəng qatan təbii bir qidadır. Foodinfo.az xəbər verir ki, onun hazırlamasında adətən qırmızı bibərlər istifadə olunur.Tərkibində A və C vitaminləri, antioksidantlar və liflə zəngin olan bibər pastası həm sağlamlıq, həm də mətbəxdə funksionallığı ilə önə çıxır. Hazırlanma qaydası:Qırmızı bibərlər yaxşıca yuyulur, toxumları təmizlənir və kiçik hissələrə doğranır. Daha sonra sobada və ya tavada yumşalana qədər qovrulur. Bibərlər blenderdən keçirilib duz əlavə edilildikdən sonra qatılaşdırılmış bir qarışıq alınır. İstəyənlər zeytun yağı və sarımsaq da əlavə edə bilər. Bibər pastası souslarda, şorbada, makaron və tərəvəz yeməklərində istifadə olunur. Uzun müddət saxlamaq üçün sterilizasiya olunmuş bankalara doldurulub soyuducuda saxlanılır. Bu təbii məhsul yeməklərə unikal ləzzət qatır və sağlam qidalanmanı dəstəkləyir.