Piramidaların tarixini yenidən yazacaq kəşf –Sirli skeletlər

Dünən, 17:24           
Piramidaların tarixini yenidən yazacaq kəşf –Sirli skeletlər
Misir piramidalarının sirləri tükənmək bilmir. Arxeoloqlar indi də piramidaların içərisində gözlənilməz və qeyri-adi skeletlər aşkar ediblər. Bəs bu iskeletlər kimlərə məxsusdur?
Qaynarinfo xəbər verir ki, son tapıntılar piramidalara yalnız fironlar və yüksək təbəqədən olan soyluların deyil, eyni zamanda xidmətçilərin və işçilərin də dəfn edildiyini göstərir. Bu kəşf Misir cəmiyyətinin sosial strukturu ilə bağlı uzun müddətdir qəbul edilən nəzəriyyələri yenidən düşünməyə vadar edir.
Qulluqçular və işçilər də piramidalara dəfn edilib
Arxeoloqlar Sudan və Misir sərhədində, Nil çayı sahilində yerləşən Tombos bölgəsində apardıqları qazıntılar zamanı fiziki cəhətdən ağır işlərdə çalışmış insanlara aid skeletlər aşkar ediblər. Bu qalıqlar piramidalara yalnız fironlar və zadəganların deyil, eyni zamanda onların qulluqçularının və fəhlələrinin də basdırıldığını sübut edir.
Araşdırmalara görə, qədim Misirdə soylular öldükdə onlara o biri dünyada xidmət etmələri üçün işçilərini və xidmətçilərini də qurban verərək özləri ilə aparıblar. Bu isə həmin insanların ölümlərinə səbəb olan bir ənənənin mövcud olduğunu göstərir.
Piramidaların tarixi dəyişə bilər
Alimlər hesab edirlər ki, bu tapıntılar Misir piramidaların tarixini köklü şəkildə dəyişdirə bilər. Uzun illərdir qəbul edilən “piramidalar yalnız fironların və yüksək rütbəli şəxslərin məzarlarıdır” fikri bu kəşflə birlikdə sarsıla bilər.
Tədqiqatlar göstərir ki, eramızdan əvvəl 1500-cü illərdə Tombos misirlilər tərəfindən işğal edildikdən sonra mühüm inzibati və ticarət mərkəzinə çevrilmişdi. Burada əsasən məmurlar, sənətkarlar, katiblər və digər peşə sahibləri yaşayıb.
Keşfin ən maraqlı tərəfi isə iki fərqli insan qrupunun qalıqlarının tapılmasıdır.
1. Çox az fiziki fəaliyyət göstərmiş insanlar – Bunlar daha çox katiblər, rəsmi şəxslər və peşəkarlar ola bilər.
2. Ağır işlərdə çalışmış insanlar – Sümüklərində və oynaqlarında fiziki işdən qaynaqlanan deformasiyalar müşahidə olun












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.