Qırmızı Planetdən unikal görüntü: Mars küləkləri izləri silmədən çəkildi VİDEO

26-04-2025, 15:08           
Qırmızı Planetdən unikal görüntü:
NASA-nın "Mars Reconnaissance Orbiter" aparatı ilk dəfə Mars səthində hərəkət edən "Curiosity" marsoxodunun orbitdən çəkilmiş şəklini əldə edib.

Bu barədə "Space" portalı xəbər verir.

Bildirilir ki, əvvəllər də marsoxodun şəkilləri çəkilib, lakin onlar hərəkətsiz vəziyyətdə olub.

Yeni görüntü "Curiosity"nin Marsın Geyl kraterində hərəkəti zamanı təxminən 320 metr uzunluğunda iz buraxdığını göstərir. Alimlər izlərin bir neçə ay qalacağını, daha sonra isə Mars küləklərinin onları siləcəyini bildirirlər.

Bu izlər 11 ayrı hərəkət mərhələsini əhatə edir. Marsoxod saatda 0.16 km sürətlə Geyl kraterindəki tədqiqat nöqtəsinə doğru hərəkət edib. Burada yeraltı sularla yaranmış qədim süxurların olması ehtimal edilir.

"Curiosity" 2012-ci ildə Marsa enərək, orada həyat üçün uyğun mühitin olub-olmadığını araşdırmaq məqsədilə göndərilib. Tədqiqatlar göstərib ki, Geyl kraterində bir vaxtlar həyat üçün əlverişli şərait - göllər, çaylar və mikrobların yaşaya biləcəyi kimyəvi enerji mövcud olub.

"Mars Reconnaissance Orbiter" 2006-cı ildən Mars orbitində fəaliyyət göstərir və həm keçmişdəki su izlərini axtarır, həm də "Curiosity" və "Perseverance" marsoxodlarından məlumatların Yerə ötürülməsinə kömək edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru