Piylənmə və diabet hansı xəstəliyin gizli nəticələridir?

Bu gün, 14:08           
Piylənmə və diabet hansı xəstəliyin gizli nəticələridir?
Diqqət əskikliyi və hiperaktivlik sindromu (DƏHS) olan insanlar daha çox piylənmə və şəkərli diabetdən əziyyət çəkirlər.
Bu barədə rusiyalı tibb elmləri namizədi, Piroqov Universitetinin psixiatriya və tibbi psixologiya kafedrasının dosenti İrina Kireyeva "RİA Novosti"yə müsahibəsində danışıb.

Onun sözlərinə görə, 30 000 yetkin xəstəni əhatə edən, diqqət əskikliyi və hiperaktivlik sindromuna malik insanlar arasında aparılan araşdırmalar zamanı mütəxəssislər belə insanların psixi və fiziki xəstəliklərinin daha çox olduğunu müəyyən ediblər.

"Tədqiqatlarda daha çox piylənmə, 2-ci tip şəkərli diabet və ürək-damar xəstəliklərindən bəhs edilir. Bu, qeyri-sağlam həyat tərzi və xroniki stres, əlaqəli psixi pozğunluqlar və ümumi genetik faktorlarla bağlı ola bilər", - deyə Kireyeva bildirib.

O qeyd edib ki, DƏHS-ə malik olan uşaqların 87%-i komorbid psixi pozğunluqlardan əziyyət çəkir. Həmçinin bu sindromun simptomları depressiya, maniakal və narahatlıq halları, bipolyar affektiv pozğunluq, autizm və şəxsiyyət pozğunluğu kimi bir çox psixi pozğunluq və xəstəliklərdə də müşahidə olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.