Albalı istehlakında normaya əməl edilməlidir – dietoloq xəbərdarlıq edir

26-05-2025, 15:08           
Albalı istehlakında normaya əməl edilməlidir – dietoloq xəbərdarlıq edir
Albalı faydalı giləmeyvə olsa da, onu miqdarlı şəkildə qəbul etmək vacibdir. Endokrinoloq-dietoloq Nataliya Lazurenko albalının bir dəfəyə 150–200 qramdan artıq yeyilməməsini tövsiyə edib.Mütəxəssis izah edib ki, albalı tərkibində B və C vitaminləri ilə yanaşı, orqanizm üçün vacib mikroelementlər daşıyır. Lakin meyvə turşuları səbəbindən bu giləmeyvə bəzi şəxslərdə həzm sisteminə mənfi təsir göstərə bilər.Xüsusilə mədə və onikibarmaq bağırsaq xəstəlikləri, disbioz və ya xroniki həzm problemləri olanlara albalı yemək tövsiyə edilmir. Bu halda albalı epiqastrik ağrılar, həzm pozğunluğu və digər simptomları gücləndirə bilər.Dietoloq onu da əlavə edib ki, şəkərli diabet xəstələri az miqdarda olmaqla albalıdan istifadə edə bilərlər."Birdən-birə bir kiloqram albalı yeməyə ehtiyac yoxdur. İlk mərhələdə 150–200 qramla başlamaq daha doğrudur. Giləmeyvəni yeməzdən əvvəl mütləq yaxşıca yumaq və bədənin reaksiyasını müşahidə etmək lazımdır", – deyə Lazurenko vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru