Avtomobillərin anidən alışmasının səbəbləri açıqlanıb - VİDEO

26-05-2025, 12:14           
Avtomobillərin anidən alışmasının səbəbləri açıqlanıb - VİDEO
Yolun ortasında maşının alışıb yanması ilə bağlı videolarla tez-tez rastlaşırıq.
Bəs xüsusilə də yaz-yay dövründə bu cür halların baş verməsinə səbəb nədir?

TEREF xəbər verir ki, mütəxəssis Səbuhi Allahverdiyev "Xəzər Xəbər"ə deyib ki, son dövrlərdə avtomobillərin alışıb yanması faktları artıb. Bunların da əksəriyyəti ehtiyatsızlığın nəticəsidir.

Mütəxəssis bildirib ki, maşına edilən müdaxilələr, əlavə cərəyana səbəb olan işıqgücləndiricilər, həmçinin benzin çənlərinə müdaxilələr yanğın riskini artırır. Elektromobillərdə isə avtomobilə düzgün qulluq edilməməsi, yaxud ustaların səriştəsizliyi yanğın hallarına gətirib çıxarır.

Ekspert deyib ki, hər bir avtomobildə yanğınsöndürücü balon olmalıdır. Əgər avtomobildə alışma baş verərsə, əvvəlcə balonla müdaxilə edilməli, sonra isə FHN-ə zəng olunmalıdır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru