Lənkəranda möcüzəvi quyu - Əlaqədar qurumlar hərəkətə keçdilər VİDEO

26-05-2025, 16:18           
Lənkəranda möcüzəvi quyu -
63 il soyuq su çıxan quyudan indi isti su axır.
TEREF "Xəzər Xəbər"ə istinadla bildirir ki, qeyri-adi təbiət hadisəsi Lənkəran rayonunun Gərmətük qəsəbəsində, kənd sakini Akif Axundova məxsus həyətyanı sahədə, 63 il əvvəl qazılan quyuda baş verib.

Ev sahibi bildirir ki, bu ərazidə köhnə ev olub. Köhnə ev tikilərkən bu quyu içməli su üçün qazılıb. Dərinliyi 6-7 metr olan quyudan son günlərə qədər içməli su kimi istifadə olunurdu. Amma bir neçə gündür ki, quyudan soyuq su yerinə isti su axır.

Bu hadisə qonşuların və ətrafdakıların marağına səbəb olub.

O da bildirilib ki, artıq məsələ ilə bağlı əlaqədar qurumlar araşdırmaya başlayıblar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru