Azərbaycana gətirilən kartoflarla bağlı vacib xəbər – DİQQƏT

27-05-2025, 09:44           
Azərbaycana gətirilən kartoflarla bağlı vacib xəbər – DİQQƏT
Xəbər verdiyimiz kimi, Misirdən Azərbaycana gətirilən 500 tondan çox kartof bir aydır gömrük rəsmiləşməsindən keçirilməyib və məhsullar maşınlardan boşaldılmır. Tonlarla kartofun günlərlə avtomobillərdə qalması, onların xarab olmasına səbəb olur, bu da ciddi narahatlığa yol açır. Dövlət Gömrük Komitəsindən bildirilib ki, gömrük ərazisinə gətirilən mallara dair bəyannamə hələ verilməyib. Bu bəyannamə 15 gün ərzində təqdim edilməlidir.

Məhsul sahibinə dəymiş ziyanı kim qarşılamalıdır?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, xarici ticarətdə, xüsusən də tez xarab olan məhsullarda sığorta şirkətlərinin fəaliyyətindən tez-tez istifadə olunur:

“Bu gün hansısa sənədlərin qaydasında olmadığına görə və ya başqa bəhanələrlə maşınlar gömrükdə saxlanılır, mal xarab olursa, o zaman sığorta şirkəti həmin məhsulun dəyərinin bir hissəsini və ya tamamını (bu, sığorta şərtlərindən asılıdır) ödəyir. Sənədlərin qaydasında olmaması, eləcə də maneələrin yaradılması haqda fikir səsləndirmək çətindir. Lakin sığorta yoxdursa, dəymiş ziyan təəssüf ki, iş adamının üzərində qalacaq. Yəni o, zərəri cibindən ödəmiş olacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru