Quşlar da dostluq edirmiş: 20 illik araşdırma heyvanların sosial dünyasını yenidən kəşf etdi

27-05-2025, 09:26           
Quşlar da dostluq edirmiş: 20 illik araşdırma heyvanların sosial dünyasını yenidən kəşf etdi
Alimlər afrikalı sığırçınlar arasında insanlara bənzər uzunmüddətli dostluq münasibətlərinin mövcud olduğunu aşkar ediblər.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "The Independent" nəşri yazıb.

Tədqiqatlar göstərib ki, sığırçınlar yalnız qohumlarına deyil, həm də qohum olmayan quşlara illərlə yardım edir, onlarla qarşılıqlı dəstək münasibətləri qururlar. Bu kəşf heyvanların yalnız "qohum seçimi" prinsipi ilə davranış sərgilədiyi nəzəriyyəsini sual altına alır.

İsrailli və britaniyalı alimlər təxminən 20 il ərzində yüzlərlə quşun davranışlarını və genetik əlaqələrini izləyərək onların arasında möhkəm və uzunmüddətli sosial əlaqələrin olduğunu sübut ediblər. Bəzi quşlar illərlə bir-birlərinə kömək edərək qarşılıqlı sosial rollarını dəyişirlər.

Tədqiqat müəlliflərindən biri - doktor Dastin Rubenşteynin sözlərinə görə, bu davranış insan cəmiyyətlərindəki sosial strukturları xatırladır. Növbəti mərhələdə alimlər bu dostluq münasibətlərinin necə formalaşdığını və niyə bəzilərinin davamlı, bəzilərinin isə qısaömürlü olduğunu araşdıracaqlar.

Bu tədqiqat heyvanlar aləmində dostluq anlayışının düşündüyümüzdən daha geniş yayıldığını göstərir.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru