Bakı – Tbilisi qatarı nə zaman bərpa ediləcək? – AÇIQLAMA

28-05-2025, 00:09           
Bakı – Tbilisi qatarı nə zaman bərpa ediləcək? – AÇIQLAMA
Gürcüstan mətbuatının yaydığı məlumata görə, Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşınması may ayının sonunda – Gürcüstanın Müstəqillik Günü (26 may) və Azərbaycanın Respublika Günü (28 may) münasibətilə bərpa olunmalıdır.
Məlumatda qeyd edilirdi ki, ilk qatar Gürcüstanın Müstəqillik Günü – 26 Mayda və Azərbaycanın Respublika Günü – 28 Mayda hərəkətə başlayacaq.

Yayılmış məlumata əsasən, “Gürcüstan Dəmir Yolları” öz növbəsində birtərəfli biletin qiymətini müəyyən edib və tarif cədvəlini azərbaycanlı tərəfdaşlarına göndərib.

Bu mərhələdə Gürcüstan kupe biletlərini 50 lariyə (30.97 manat), yataq tipli vaqon biletlərini isə 70 lariyə (43.35 manat) satmağı Azərbaycana təklif edir.

Yayılan xəbərlə bağlı Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev açıqlama verib.

Qurumun rəsmisinin sözlərinə görə, bu xəbərlər həqiqəti əks etdirmir:

“Yayılan məlumatlar həqiqəti əks etdirmir. Belə informasiyaları Azərbaycan tərəfindən, dövlət qurumları ilə dəqiqləşdirmək lazımdır. 2020-ci ildən etibarən quru sərhədlər bağlı olduğuna görə, Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı qərarı çərçivəsində beynəlxalq istiqamətlərdə qatarla sərnişin daşınması dayandırılıb. Dəmir yolu ilə sərnişindaşımanın bərpası ilə bağlı hər hansı bir yenilik yoxdur”. /Azxeber












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru