Yerdə 400 milyon il əvvəl 85% canlı sirli şəkildə yoxa çıxıb - Nə asteroid, nə vulkan təsir edib

29-05-2025, 12:38           
Yerdə 400 milyon il əvvəl 85% canlı sirli şəkildə yoxa çıxıb -
Elm adamları 400 milyon il əvvəl baş vermiş sirli kütləvi məhv hadisəsini araşdırırlar: bu dövrdə Yer kürəsindəki canlı növlərinin 85%-i yox olub. Maraqlıdır ki, nə asteroid zərbəsi, nə də vulkan püskürməsi bu məhvə səbəb olub.
Bu barədə "IFL Science" xəbər yayıb.

Bildirilir ki, hadisə Ordivik dövrünün sonunda baş verib. O zaman həyat əsasən okeanların dərinliklərində cəmlənmişdi. Məhz bu dövrdə dəniz ulduzları, korallar və digər canlılar sürətlə təkamül etmişdi. Lakin sonrakı dəyişikliklər - əvvəlcə sürətli soyuma, sonra isə yenidən istiləşmə - həyat üçün fəlakətli nəticələr doğurub.

Alimlərin ehtimalına görə, ilk olaraq yosun və mamırların quruda inkişafı CO₂-ni azaltdı və bu, qlobal soyumanı tətiklədi. Ardınca baş verən istiləşmə isə okeanlarda oksigen çatışmazlığına gətirib çıxardı. Bu, minlərlə növün məhvinə səbəb oldu.

Bu sirli fəlakət, elm tarixində ən böyük kütləvi yox olmalardan biri sayılır - yalnız Perm dövrünün sonundakı məhvolma ondan daha böyük olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru