Niyə məhz bu gün?

2-06-2025, 10:38           
Niyə məhz bu gün?
SBU(Ukrayna Təhlükəsizlik Xidməti) rəsmi olaraq bildirir ki, Rusiyanın əsas aviabazalarında qanadlı raketlərin strateji daşıyıcılarının 34%-i məhv edilib.
34%! Bir gündə!
Sabah İstanbulda Rusiya-Ukrayna danışıqlarının növbəti raundu keçiriləcək.
Şübhəsiz ki, bugünkü hadisə, Ukraynanın danışıqlardakı mövqelərini gücləndirəcək.
Türkiyədə keçirilən ilk danışıqlarda Medinski deyirdi: "4 vilayətin verilməsinə razı olmasanız, növbəti dəfə bu say 6 olacaq".
Sabah İstanbulda Ukrayna tərəfi deyəcək: "Strateji aviasiyanın itkiləri sizə az gəldi? Növbəti dəfə başqa bir strateji sahəni də itirəcəksiniz, məsələn, raket kreyserlərinizi və s."
Ona görə də məhz bu gün bu hadisənin baş verməsi zəruriydi.
Kamran Cəfərov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru