Telegram kanalları bloklayır
Bu gün, 12:48

Bu həftə Telegram administrasiyası doksinq (şəxsi məlumatların qanunsuz dərc edilməsi) və hədə-qorxu ilə məşğul olan çoxsaylı kanalları bloklayacaq.
Ajans.az Pavel Durovun Telegram kanalına istinadən xəbər verir ki, “20 gün əvvəl dərc etdiyim yazıdan sonra istifadəçilər fırıldaqçılıqla bağlı yüzlərlə şikayət göndərdilər. Onlara əsaslanaraq, biz böhtan xarakterli paylaşımlar edən, daha sonra isə zərərçəkmişlərin pulu müqabilində həmin paylaşımları silən kanalları bloklayırıq”, – Durov bildirib.
O, komandasının bu pozuntularla bağlı “təkzibedilməz sübutlara” malik olduğunu vurğulayıb. Həmçinin “qorunma bloklama” adlanan sxemlər aşkar edilib — burada qurbanlar zorakılığı dayandırmaq üçün fırıldaqçılara pul ödəyirlər.
Durov qanunsuz fəaliyyət göstərənlərə xəbərdarlıq edib:
“Vaxtınızı yeni kanallar yaratmağa sərf etməyin. Telegram doksinq və şantaj yeri deyil.”