Sinqapur Kembric startapına 100 milyon dollarlıq sərmayə yatırmağa hazırlaşır

Bu gün, 12:34           
Sinqapur Kembric startapına 100 milyon dollarlıq sərmayə yatırmağa hazırlaşır
Sinqapurun dövlətə məxsus investisiya fondu insan sağlamlığına zərərli əbədi kimyəvi maddələri (forever chemicals) aradan qaldırmaq üçün süni intellektdən (AI) istifadə edən Kembric startapına milyonlarla dollar sərmayə qoymaq üçün danışıqlar aparır.

AZƏRTAC “Telegraph”a istinadla xəbər verir ki, Temasek fondu Böyük Britaniyanın qabaqcıl AI alətlərindən istifadə edərək yeni maddələrin kəşfini sürətləndirən və bu vasitə ilə insan tərəfindən istehsal olunmuş, ətraf mühitdə uzun müddət qalaraq toksik təsir göstərə bilən kimyəvi maddələri parçalaya biləcək molekullar yaradan “CuspAI” şirkətində pay almağa hazırlaşır.

“CuspAI” cəmi bir il əvvəl keçmiş “Google AI” tədqiqatçısı Çad Edvards və professor Maks Vellinq tərəfindən təsis olunub. Şirkətin hazırda 100 milyon ABŞ dolları həcmində yeni investisiya toplamağa yaxın olduğu bildirilir. Bu məbləğ şirkəti Birləşmiş Krallığın ən çox maliyyələşdirilən AI startaplarından birinə çevirəcək.

Şirkətin texnologiyası yeni materialların kəşfini illərlə davam edən prosesdən cəmi bir neçə həftəyə endirməyi hədəfləyir. Yeni materiallar üçün axtarış sistemi adlandırılan bu platforma süni intellektdəki irəliləyişlərdən istifadə edərək, innovativ birləşmələrin tapılmasını xeyli sürətləndirir. Texnologiya, həmçinin karbon tutma və saxlanması, daha səmərəli batareyalar və yüksək gücə malik yarımkeçiricilər üçün ucuz materialların hazırlanmasını da sürətləndirə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru