Xərçəng riskini azaltmağa kömək edən məhsullar - Mütəxəssisdən AÇIQLAMA
Bu gün, 12:08

"Bəzi məhsullar hüceyrələri zədələnmədən qorumağa və xərçəngin inkişaf riskini azaltmağa kömək edir".
Bu barədə rusiyalı dietoloq Dmitri Semiryadov KP.ru-ya müsahibəsində danışıb.
O, sağlamlığı qorumaq və xərçəngə səbəb olan hüceyrə mutasiyaları ehtimalını azaltmaq üçün hansı məhsulların rasiona daxil edilməli olduğunu açıqlayıb.
"Anlamaq vacibdir ki, heç bir qida məhsulu xərçəngin qarşısını 100% ala bilməz və xüsusən də müalicə edə bilməz. Lakin potensial olaraq xərçəngin qarşısını almağa kömək edə biləcək bəzi məhsullar var. Şişin meydana çıxma prosesi bir çox hallarda DNT hüceyrələrinin zədələnməsi ilə bağlıdır ki, onlar düzgün bölünmələrinə imkan verən məlumatları özlərində saxlayırlar", - deyə Dmitri Semiryadov qeyd edib.
Mütəxəssis qeyd edib ki, mədə və prostat xərçəngi riskini azaldan beta-karotinli yerkökü, liflə zəngin lobya və giləmeyvələr, xüsusən də qaragilə, moruq və qarağat faydalı hesab olunurlar, onların tərkibində güclü antioksidant təsiri olan çoxlu antosianlar var.
Siyahıda, həmçinin sarımsaq və digər soğan növləri də yer alır. Onların müntəzəm istifadəsi isə mədə və prostat xərçəngi riskinin azalması ilə əlaqələndirilir. Bununla belə, dietoloq xatırladıb ki, mədə-bağırsaq xəstəlikləri zamanı bu məhsullar zərərli ola bilər, ona görə də həkimə müraciət etmək vacibdir.