Tramp NATO ölkələrini Rusiya təyyarələrini vurmağa çağırıb

Bu gün, 11:44           
Tramp NATO ölkələrini Rusiya təyyarələrini vurmağa çağırıb
ABŞ Prezidenti Donald Tramp deyib ki, Rusiya NATO-nun hava məkanını pozacağı halda, Alyans ölkələri onun təyyarələrini vurmalıdır.

Bu barədə ABŞ lideri BMT Baş Assambleyasının 80-ci sessiyasında ukraynalı həmkarı Volodimir Zelenski ilə ikitərəfli görüş zamanı bildirib.

Tramp müvafiq suala: "Bəli, mən belə hesab edirəm", - deyə cavab verib.

Qeyd edək ki, daha əvvəl ABŞ Dövlət katibi Marko Rubio bəyan etmişdi ki, NATO-nun Rusiyanın Şimali Atlantika Alyansı ölkələrinin hava məkanını pozması ilə bağlı bəyanatları yenilik deyil.

Xatırladaq ki, NATO Rusiyanın MiQ-31 təyyarəsinin Estoniya hava məkanını pozduğu iddia edilən insidentdən sonra qəti cavab verəcəyini vəd etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru