TƏBİB-nin sistemi çökdü - Xəstəxanada böyük növbə...

Bu gün, 11:56           
TƏBİB-nin sistemi çökdü -
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sistemi çökdüyü üçün Mərkəzi Neftçilər Xəstəxanasında ajiotaj yaşanır.

Yenisabah.az xəbər verir ki, sistem çökdüyündən xəstəxanalarda böyük növbələr yaranıb. Xəstələri qeydiyyata almaq üçün problem davam edir. Dövlət xəstəxana və poliklinikalarında bütün işlər elektronlaşdırıldığından hazırda heç bir iş aparmaq mümkün deyil.

Növbəyə düşmək, analiz vermək, analizin cavabını götürmək, qəbula yazılmaq qeydiyyata düşməkdə çətinlik yaşandığı üçün hazırda xəstəxanada sıxlıq müşahidə olunur.

Qeyd edək ki, TƏBİB-in sistemi ilk dəfə deyil ki, çöküb. Xəstəxana işçiləri bu kimi halların tez-tez yaşandığını bildirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru