İngiltərə Liqa Kuboku: "Çelsi" və "Liverpul" növbəti mərhələdə VİDEO Bu gün, 12:08 İngiltərə Liqa Kubokunda 1/16 final mərhələnin bir sıra görüşləri keçirilib.Oxu.Az xəbər verir ki, "Çelsi" aşağı liqa təmsilçisi "Linkoln Siti"nin qonağı olub."Zadəganlar" hesabda geri düşsələr də, ardıcıl qollarla geridönüş etməyi bacarıblar - 1:2.Turnirin son finalçısı "Liverpul" doğma azarkeşləri önündə "Sauthempton"u qəbul edib. Mersisayd komandası da rəqibinə eyni hesabla qalib gəlib - 2:1.Beləliklə də, "Çelsi" və "Liverpul" yarışın növbəti mərhələsinə vəsiqə qazanıblar.Xatırladaq ki, İngiltərə Liqa Kubokunun hazırkı sahibi "Nyukasl"dır. Facebook-da paylaş