Rekord cərimə 5,5 dəfə azaldıldı: 4,5 milyarddan 835 milyona endirildi

Bu gün, 12:24           
Rekord cərimə 5,5 dəfə azaldıldı:
Vergi pozuntularına görə Fransa səlahiyyətliləri tərəfindən UBS-ə tətbiq edilən rekord cərimə 5,5 dəfə azaldılıb.

Valyuta.az xəbər verir ki, sentyabrın 23-də İsveçrə bankı Fransa hakimiyyəti ilə işi həll etmək üçün razılığa gəldiyini açıqlayıb. Məhkəmənin ilkin olaraq təyin etdiyi 4,5 milyard avro əvəzinə bank qrupu 835 milyon avro ödəyəcək.

Fransa hakimiyyəti bu işi 2014-cü ildən araşdırır. Məlum olub ki, UBS illərdir varlı fransızlara vergidən yayınmağa kömək edirmiş. Söhbət 2004-cü ildən 2012-ci ilə qədər olan dövrə aiddir və bu müddət ərzində müştərilər vergi orqanlarından təxminən 10 milyard avronu gizlədə biliblər.

2019-cu ilin fevralında Paris məhkəməsi UBS-in Fransadakı törəmə şirkətini 3,7 milyard avro cərimə ödəməyə məcbur edib. Bu, Fransa hakimiyyətinin vergi pozuntularına görə indiyə qədər tətbiq etdiyi rekord cərimə idi. Banka həmçinin dəymiş ziyan və məhkəmə xərclərini ödəmək üçün əlavə 800 milyon avro ödəməyə qərar verilib.

2021-ci ilin dekabrında Apellyasiya Məhkəməsi cəriməni 1,8 milyard avroya qədər azaldıb. Lakin bank bunu qeyri-kafi hesab edib. Nəhayət, 2023-cü ildə Ali Məhkəmə Apellyasiya Məhkəməsinin UBS-ni təqsirli hesab etmək qərarını qismən təsdiqlədi, lakin cərimə və təzminat məbləğlərinə yenidən baxılmasını əmr edib.

UBS-in bəyanatında qeyd olunur ki, Fransa hakimiyyəti ilə müqavilənin hazırkı şərtləri bank rəhbərliyini tam qane edir və bütün maraqlı tərəflərin maraqlarına cavab verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru