Gömrükdən daha bir şikayət: Sədərək gömrüyü əvvəlki rejimindədir - Rüşvətə limit yoxdur...

Bu gün, 12:28           
Gömrükdən daha bir şikayət:
Sədərək gömrüyünün əməkdaşları vətəndaşlardan rüşvət qoparmaq üçün bəzi qanunsuz hərəkətlərə yol verirlər. Onlar şəxsi istifadə üçün Türkiyədən gətirilən məhsulların guya qadağan olunmuş əşyalar siyahısına daxil olduğunu deyib, rüşvət tələb edirlər. Bu qanunsuzluğa etiraz edənlər isə incidilir.
Onların mallarını müsadirə edib, telefonlarını zorla əllərindən alıb, baxış keçirirlər. Bu haqda “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat veriblər.
Bu qanunsuz hərəkətləri edənlər arasında gömrüyün qadın əməkdaşlarının fəallıq etdiyi bildirilir.
Gömrükdə kobud rəftarla üzləşənlərdən biri də yerli sakin T. Quliyevadır. O bidirir ki, Şərifə Heydərova adlı əməkdaş ev üçün aldıqları kiçik miqdarda məhsulu müsadirə etməklə kifayətlənməyib, telefonunun da zorla əlindən alıb:
“Öz avtomobilimizlə ailəvi Türkiyəyə getmişdik. Qayıdarkən manitordan keçməsinə baxmayaraq, bütün mallarımızı açılıb, tökdülər. Əslində heç bir qanunsuzluq yox idi. Xəstə olduğum üçün, malları yenidən yığmaq və aldığımız bir litir içkini bəyan etmək üçün yoldaşımı çağırmaq istədim. Həmin içki və bir qutu siqaret həyat yoldaşımın adına rəsmləşdirilmişdi. Telefonla yoldaşıma zəng etmək istəyirdim ki, Şərifə Heydərova adlı gömrük əməkdaşı üzərimə hücum çəkdi.
Sən çəkiliş edirsən deyib, telefunuma əl atdı. Zorla telefonumu əlimdən alıb, digər qadın əməkdaşa verdi. Baxış zamanı heç bir çəkiliş edilmədiyi üzə çıxdı. Bir litir içki və siqareti də bəyan etməyə imkan verməyərək qanunsuz müsadirə etdirdi.”
Şikayətçi deyir ki, naxçıvanlılarla Türkiyə gömrüyündə çox yaxşı rəftar olunduğu halda, öz gömrüyümüzdə bunun tam əksini yaşayırlar.
Başqa bir şikayətçi R. İbrahimov da gömrükdə qanunsuz olaraq incidildiyindən şikayətlənib:
“İstanbuldan gələrkən şəxsi istifadəm üçün bəzi mallar almışdım. Nə qadağan olunmuş mal var idi, nə də miqdarı artıq deyildi, cəmisi 500 manatlıq mal idi. Sənədlərim də əlimdə idi. Min bəhanə edib saxlamağa çalışdılar. Gömrük Haqqında Qanunda vətəndaşların satış məqsədi ilə deyil, şəxsi istifadə üçün 1000 dollara qədər gətirdiyi əşyalar gömrük rüsumundan azaddır. Sübut etdim ki, mənim mallarımı saxlayıb anbara vurmaq, müsadirə etmək üçün heç bir əsas yoxdur.
Bu zaman açıq şəkildə dedilər ki, 5-10 manat hörmət elə, götür get. Mən də qanunsuz bir iş görmədiyim üçün hörmət etmədim. Sona qədər dirəndim. Mallarımı götürüb, gömrüyü tərk etdim. Bir ara insanları incitməkdən, qanunsuzluq etməkdən qorxan gömrük əməkdaşları yenidən qanunsuzluqlara, insanları incidərək rüşvət almağa başlayıblar.”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru