Azərenerji rəhbəri- Xalqla Hakimiyyət arasında “dəmir pərdə” asır!
1-02-2017, 01:44
Azərenerji rəhbəri Etibar Pirverdiyev 2016-cı ildə xalqın gözündə ən ikrah hisslərin subyekti kimi yadda qaldı. Bu fikri aşağıdakı kimi izah edirik: Deməli, Bu quruma 15ildir ki, başçılıq edən Etibar bəy ötən il düz 2dəfə, 15iyun və 25noyabr tarixlərində elektrik enerjisinin tarif qiymətinin artırılmasına dair Dövlət Tarif Şurasına təkliflər paketini göndərdi! Bu göndərişin ilki olan artım tarifində qurum başkanı çox gülünc səslənən formada olaraq enerjinin tarif qiymətinə 1qəpik artırmaqla əhali istehlakçı qrupuna el.enerjisinin 1kvt.saatının 6qəpikdən 7qəpiyə qaldırdı. Maraqlıdır, Bu 1qəpiyi pul ekvivalenti hesab edən qurum rəhbəri, bəs nəüçün gecə gündüz elektromaqnit sahəsi altında çalışan minlərlə energetikin aylıq vəzifə tarif maaşlarında yarım qəpik də olsa artımı barədə əmr, sərəncam imzalamadı? Belə çıxır ki, Qurumun 14adda olan müxtəlif el. Stansiyalarında hasil olunan milyard kilovat saatla ölçülən el.enerjisindən əldə edilən milyonlar əhalinin onsuz da çox ağır durumda olan kisəsindən çıxaraq xalqda ikrah,qəzəb hissi yaratdı. Hansı ki, bunun artımına heç bir lüzum yox idi. Çünki, el.enerjisinin ərsəyə gəlməsində vacibat olan mazut və mavi qaz yanacağıdır ki, bu adı çəkilən sərvət məhz yerli imkanlar hesabına əldə edilir. Və ələlxüsus bununla bağlı daha bir vacib nüansı qeyd etmək yerinə düşər ki, qaz və mazut yanacağını hasil edən DÖVLƏT NEFT ŞİRKƏTİ, bunları heç şübhəsiz ki,Azərenerjinin təsərrüfatına, qazanxanalarına pulsuz olaraq subsidiya şəklində ötürür və bunun əvəzində də SOCAR, ona məxsus avadanlıqları, Neft daşları şəhərciyindəki bütün qurğuları Azərenerjidən aldığı el.enerjisinin hesabına hərəkətə gətirir. Bir sözlə bu 2nəhəng qurum arasında mübadilə sövdələşməsi mövcuddur ki, burada da heç bir maliyyə müzakirəsindən belə söz açıla bilməz. Əgər açılsaydı bugünə qədər SOCAR-ın Azərenerjidən aldığı enerji qiymətinə görə ödəmiş olduğu hərhansısa bir məbləğdən söhbət açılardı!
Bu belə! İkincisi, Azərenerjinin tabeliyindəki 14stansiyadan bir çoxu Su el. Stansiyalarıdır ki, bu SES Silsilələri də, heç bir yanacaq işlətmədən suyun öz hesabına sutkada milyardlarla ölçülən kvt.el.enerjisi hasil edilir,ancaq burada da çalışan birneçə min energetikin gecə-gündüz el.qurğularına xidməti nəzərə alınmayaraq əmək haqqıları artırmadı ki,artırmadı! Burada daha 1maraqlı fakt: Azərişıq ASC , Azərenerjidən aldığı el.enerjisinin hər kvt-dan əldə elədiyi 2qəpik qazancla, gündüz növbəsində çalışdırdığı adi sayğac nəzarətçisi vakansiyalı işçisinə 450-500manat əmək haqqı verir, lakin Azərenerji tabeliyindəki, özü də gecə növbəsində çalışan energetik kadr isə 250manat məvacib alır. Bu,hansı iqtisadi qanunauyğunluğu özündə əks etdirir? Məgər bu sadalananlar, Azərenerji başkanının qeyri-humanist göstəriciləri deyilmi? Və nəhayət hesabat ilinin son təqvim ayında,dekabrın 1-dən aylıq 300kvt.saat limit qoyma şərtilə, el.enerjisinin 1kvt.saatının qiyməti 7qəpikdən 11qəpiyə qaldırıldı. Özü də bu dəfə də lüzumsuz yerə! Azərbaycan 15yanvar 2001-ci ildən Avropa Şurasının tamhüquqlu üzvüdür, 60Avropa ölkəsinin heçbirində əhali gəlirləri ən azı 30faiz artmayınca hərhansısa bir kommunal xidmət haqqı artırılmır. Başqa sözlə,kommunal xidməti haqları Avropa iqtisadi qanunvericiliyində əvvəlcə 1rüb öncə əhali gəlirləri,pensiya məbləği artırılır,daha sonra bu qiymətartımı baş verir. Özü də o ölkələr onu da qeyd edək ki, yanacağı idxal edib pulunu ixracatçı ölkə olan Rusiyaya ödəmiş olur. Axı onlardan fərqli, bizim ölkəmizdə sözü gedən yanacaq növləri milli sərvətimiz olaraq meydana çıxır.Niyə bu sərvət öz mənsub olduğu xalqına bu məmur heyəti tərəfindən ilbəil qiyməti artırılaraq satılır? Bəlkə büdcənın kəsir hissəsini onsuz da kasıb dolanan təbəqəsinin cibindən dolayısıyla “dartaraq” doldururlar? Axı buna başqa nə ad verək? Bundan öncəki artımla bağlı Azərenerji AsC-nin ozamankı Sözçüsü Ələkbər müəllim, buna çox traqikomik cavab verərək bildirmişdi: ”
Adicə kartofu kəndçi becərsə də ondan çox bazarda dəllallar, alverçilər qazanır,burda nəvar ki, onun nə fərqi var energetik işığı istehsal edir, 250manat alır, ama satışını həyata keçirən Azərişıq öz işçisinə 450-500manat maaş verir? Bu da Xalqın haqlı narazılığını və ikrah hissini yaradan bir Qurumun sözçüsünün söylədikləri! İndi ay əziz oxucular məgər bu qurumda baş verənlərə bu cür də başlığın qoyulması bir acı həqiqət deyilmi?
Anaxeber.Az