Qeyb olmuş ölkədən gələn adam - MİN İLLİK TARİXİ OLAN İTMİŞ ÖLKƏSİNDƏN DANIŞIR - VİDEO
6-02-2017, 08:38
Paralel dünyalar iddisası doğrudurmu? Yoxsa, birazdan oxuyub, izləyəcəyiniz hər şey sadəcə, uydurmadan ibarətdirmi?
Brifinq.az insanların marağına səbəb olan bu qəribə hadisəni təqdim edir:
Tokioda isti yay səhərlərindən biridir və həmişəki kimi minlərlə insan hava limanından keçir, vəsiqələrə möhür vurulurdu. Bir vəsiqə istisna olmaqla...
İş adamına bənzəyən bir şəxs vəsiqəsini təqdim etdikdə fərqli olduğu nəzərə çarpıb. Bu şəxs fransız olmasına baxmayaraq, Yapon dilində olduqca səlis danışıb. Liman işçisinin verdiyi suallar cavablandıqca daha çox marağa səbəb olub. Vəsiqənin hansı ölkəyə məxsus olduğu sualına "Taurad" deyərək cavab verən bu şəxsin məlumatına görə, bu ölkə Fransa və İspaniya arasında yerləşir. Hətta min illik tarixi var. Xəritədə göstərmək mərhələsi çatanda isə Andoraya məxsus ərazini göstərib .
Bu şəxsdən bir gecəlik oteldə qalmasını xahiş ediblər. İki polisin nəzarəti ilə oteldə gecələyib. Üzərindən tapılan sənədlərə əsasən, məlumatlar araşdırılıb. Qeydiyyatda olduğunu dediyi oteldə adının olmadığı və iş üçün görüşəcəyi şirkət tərəfindən tanınmadığı məlum olub. Bank hesabının isə ümumiyyətlə, dünyada mövcud olmadığı aşkarlanıb.
Səhəri gün sorğu üçün otağa gələndə nə naməlum şəxs, nə də polisin mühafizə etdiyi sənədlər tapılmayıb. Polis mərkəzində mühafizə olunan sənədlərin nə olduğu isə bu günə kimi sual altındadır.
Bu şəxsin paralel dünyalar arasında qısa müddət üçün səyahət etdiyi iddia olunsa da, polis tərəfindən heç bir açıqlama verilməyib. Şəxsiyyəti naməlum bu şəxsi bir də heç vaxt heç kim görməyib.
teref.az