Bakını lərzəyə salan «avtoş» kimdir? – ŞOK VİDEOLAR
6-02-2017, 09:30
Ötən il «Bakıda yeni "avtoş" peyda olub» başlıqlı xəbər paylaşanda çoxları irad tutmağa çalışdı ki, həmin görüntülər qapalı ərazidə çəkilib. Yəni, guya "BMW" markalı, 10 GJ 011 dövlət nömrə nişanlı avtomobilin sürücüsü avtomobil duracağından başqa heç yanda təhlükəli şou göstərmir.
teref.az xəbər verir ki, bununla belə avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, "avtoş" sürücü Bakıda yol hərəkəti qaydalarını pozmaqla tanınan biridir.
Sosial şəbəkələrdə kiçik bir araşdırma zamanı maraqlı videoal ortaya çıxıb. Həmin görüntülərin dəqiq tarixi məlum olmasa da, görünən budur ki, 10 GJ 011-in sürücüsü qapalı ərazidə öyrəndiklərini ümumi yollarda da tətbiq edir. Xüsusən də, onun toy karvanlarında təhlükəli manevrlər etməsi, asfaltı «yazması», qadağan olunmuş səs siqnallarından istifadə etməsi, eyni nömrəni başqa avtomobilə bağlaması hər şeyin o qədər də "qapalı dairədə" olduğunu göstərmir.
Maraqlıdır ki, yol polisi bu sürücü ilə bağlı konkret tədbir görə bilmir. Ötən il yayılan materialdan sonra ortaya çıxan mənzərə bunu deməyə əsas verir…
Təqdim olunan videolar bu sürücü haqqında fikir formalaşdıra bilir.