Manat möhkəmlənməkdə davam edir - RƏSMİ

8-02-2017, 11:49           
Manat möhkəmlənməkdə davam edir - RƏSMİ
AMB-dən teref.az-ya verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi fevralın 7-i ilə müqayisədə 2,8% ucuzlaşaraq 1,8252 manat təşkil edib.

Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 2,0102 manatdan 1,9489 manatadək azalıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0319 manatdan 0,0307 manatadək ucuzlaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,5071 manatdan 0,4874 manatadək azalıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,3392 manatdan 2,2811 manatadək ucuzlaşıb.
Gürcüstan larisinin məzənnəsi isə 0,7036 manatdan 0,6856 manatadək azalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru