Xırdalandakı faciə ilə bağlı yeni versiya: dəm qazından ölməyiblər

15-03-2017, 18:59           

Xırdalan şəhərində beş qızın ölümü ilə nəticələnən hadisənin səbəbləri barədə yeni versiya orata çıxıb.
Teleqraf.com-un hadisə yerində olan müxbirinin məlumatına görə, həmin mənzildə qızların sayı 5 yox, 7 olub. Onlardan 2-si qonaq gəlib.

Hadisə qonaqların gedişindən sonra baş verib.
Qonşular bildiriblər ki, bu gün JEK əməkdaşları faciənin baş verdiyi otağın qaz təchzitaını yoxlayıblar. Heç bir qaz sınıtısı və ya dəm qazanın yaranmasına gətirən hal aşkarlanmayıb.
JEK-in mühəndisi İmamverdi Sadıqov bildirib ki, qızların dəm qazından yox, qida zəhərlənməsindən öldükləri ehtimalı böyükdür.
***
Xırdalanda dəm qazından boğulan qızlarla bağlı yeni detallar məlum olub.
Teleqraf.com xəbər verir ki, hadisə şahidlərinin bildirdiyinə görə, evdən heç kəsin çölə çıxmadığını görən qonşular dərhal polisə müraciət ediblər.
Hadisə yerinə gələn polislər qapını qıraraq içəri daxil olublar. Evdə beş qızın öldüyü bəlli olub.
Meyitlərin təcili yardım maşını ilə morqa aparıldığı xəbər verilir.
***
APA isə Xırdalan şəhərində dəm qazından boğularaq ölən şəxslərin kimliyi barədə məlumat yayıb.
Onlar Balakən rayon sakinləri – 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 1999-cu il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızıdır.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, hadisə ilə bağlı təcili yardıma müraciət edilib. Lakin təcili yardım əməkdaşları hadisə yerinə gedənə qədər hüquq-mühafizə orqanları tələbə qızların meyitlərini morqa aparıblar.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
***
Xırdalanda baş verən faciədə dünyasını dəyişən tələbələr İqtisadiyyat və Humanitar kollecin tələbəsidir.
Əldə etdiyimiz məlumata görə, ölənlərdən ikisi tələbə, digər üç nəfər isə onların qohumudur. (azxeber)
***
Xırdalan şəhərində dəhşətli hadisə baş verib.
Hadisə Xırdalan.şəhəri, 28-ci məhəllə, bina 6 ünvanında qeydə alınıb.
Həmin ünvanda kirayədə yaşayan 5 qız dəm qazından zəhərlənərək ölüb. Onların hamısının tələbə olduğu bildirilir.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.