Eynşteyn zəkasını belə inkişaf etdiribmiş

17-06-2017, 09:53           

Alimlər zəkanın genetik üstünlük olduğu fikri ilə qətiyyən razılaşmırlar. Aparılan çoxsaylı araşdırmalar onu göstərib ki, zəkalı insanlar bu istedadlarının təxminən 40%-ni dünyagörüşü hesabına qazanırlar. İQ səviyyəsinə görə dünyada ən çox bilinən alimlərdən biri məhz Albert Eynşteyndir.
Publika.az sizə Albert Eynşteynin zəkasını formalaşdırdığı vərdişləri haqqında maraqlı faktları təqdim edir:
Tarixdə bilinən dahilər arasında ən məşhuru Albert Eynşteyn olub. 9 yaşında danışmasına baxmayaraq, bu dahi şəxsiyyət həyatının sonrakı illərində adını tarixə qızıl hərflərlə yazmağa müvəffəq olub.
Eynşteynin ən çox riayət etdiyi vərdişlərdən biri yuxu idi. Yuxu rejiminin insan orqanizminə faydalarına o qədər inanırdı ki, ən azı 10 saata yaxın yatırdı. 10 saatdan artıq yatmamaq üçün o, əlində qaşıq və nəlbəki ilə yatırmış. Qaşığı saldığı anda nəlbəkinin səsinə oyanan dahi işinə qaldığı yerdən davam edirdi.
Eynşteyn Prinston Universitetində müəllim işləyirdi. Evi ilə universitet arasında 5 kilometrə yaxın məsafəni hər gün piyada gedib gələn Eynşteyn bununla həm əzələ sistemini, həm də yaddaşını möhkəmləndirirdi.
Bir çox mənbələrdə Eynşteynin heç vaxt corab geyinmədiyinə dair məlumatlar yer alır. Təəssüf ki, bunun əsl səbəbini heç kim bilmir. Fərziyyələrə görə, bu, onun yaddaşını gücləndirmək üçün özündə yaratdığı bir vərdiş olub.
Eynşteynin zəkasını möhkəmləndirmək üçün riayət etdiyi normalar içərisində tez-tez spagetti yemək də vardı.
Siqaretin zərərləri haqqında yayılan kütləvi materiallara baxmayaraq, Eynşteyn çox tez-tez tütün məmulatlarından istifadə edirdi. O, tütünün onu sakitləşdirdiyini və obyektiv düşünməyə köklədiyini deyirdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.